Müsavat Partiyası, təşkilat sədrinin müşaviri Yadigar Sadıqova qarşı təxribatla bağlı bəyanat verib. Bəyanatda deyilir: 13 Yanvar 2013 cü ildə Musavat Partiyasının başqanı və prezidentliyə namizəd İsa Qəmbərin Lənkəran şəhərinə səfərinin qarşısını almaq ücün onun həyatına sui-qəsd etməkdən belə cəkinməyən hakimmiyət nümayəndələri bu səfərin təşkilatcısı, sosial şəbəkələrdə daima fəal olan Müsavat Partiyası başqanının müşaviri Yadigar sadıqovu cəzalandırmaq ücün 6 ay idi ki , fikirləşirdilər. Nəhayət, dünən bu barədə düşüncələrini həyata kecirmək ücün hərəkətə start verilib. Lənkəran şəhərində hamının narkoman kimı tanıdığı bir nəfərin cayxanada Yadigar Sadıqovu təxribata cəkmək planı baş tutmadıqda , təşkilatcılar uydurma şikayətin “ Səs “ informasiya agentliyinə ötürülmısinə nail ola biliblər. Həmin şəxsin kim tərəfindən, harada, hansı şəraitdə döyülməsi müəmma olaraq qalır. “Azərtac” dövlət agentliyinin hadisəni hələ hüquq mühafizə orqanları araşdırmamış Yadigar Sadıq...
Comments
Post a Comment