Müsavat Partiyası, təşkilat sədrinin müşaviri Yadigar Sadıqova qarşı təxribatla bağlı bəyanat verib. Bəyanatda deyilir:
13 Yanvar 2013 cü ildə Musavat Partiyasının başqanı və prezidentliyə namizəd İsa Qəmbərin Lənkəran şəhərinə səfərinin qarşısını almaq ücün onun həyatına sui-qəsd etməkdən belə cəkinməyən hakimmiyət nümayəndələri bu səfərin təşkilatcısı, sosial şəbəkələrdə daima fəal olan Müsavat Partiyası başqanının müşaviri Yadigar sadıqovu cəzalandırmaq ücün 6 ay idi ki , fikirləşirdilər.
Nəhayət, dünən bu barədə düşüncələrini həyata kecirmək ücün hərəkətə start verilib. Lənkəran şəhərində hamının narkoman kimı tanıdığı bir nəfərin cayxanada Yadigar Sadıqovu təxribata cəkmək planı baş tutmadıqda , təşkilatcılar uydurma şikayətin “ Səs “ informasiya agentliyinə ötürülmısinə nail ola biliblər. Həmin şəxsin kim tərəfindən, harada, hansı şəraitdə döyülməsi müəmma olaraq qalır. “Azərtac” dövlət agentliyinin hadisəni hələ hüquq mühafizə orqanları araşdırmamış Yadigar Sadıqovu gunahlandıran informasiya verməsi bu işin qurama olduğunu sübüt edir. Məqsəd Yadigar Sadıqovu şərləyərək həbs etməkdir.
Bu gün səhər saatlarından 90 BA 303 dövlət nömrə nişanlı ağ rəngdə “Jeep” avtomobilinin icərisindəki naməlum şəxslər Yadigar Sadıqovun yaşadığı mənzilin qarşısında keşikdə durublar.
Müsavat Partiyası həyata kecirilən bu təxribat hadisəsini ölkədə qanunsuzluğun baş alib getməsi hesab edir, müvafiq dövlət qurumlarından qanuna zidd əməllərin qarşısının alınmasını , Yadigar Sadiqovun normal fəaliyyət göstərməsinin təmin edilməsini və günahkarların cəzalandırılmasını tələb edir.

Comments
Post a Comment